...

Azərbaycan neftinin qiyməti: 26-30 oktyabr həftəsinin yekunları

Energetika Materials 2 Noyabr 2009 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr / Trend , müxbir E.İsmayılov/

26-30 oktyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $77,84 /barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1/barr azdır.

26-30 oktyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $79/barr, minimal qiyməti isə $76,79 /barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

26-30 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $74,82 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,11 /barr azdır.

26-30 oktyabr həftəsində URALS neftinin maksimal qiyməti $76,13 /barr, minimal qiymət isə $73,71 /barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

26-30 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $76,1 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,1 /barr azdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $77,23 /barr, minimal qiymət isə $74,97 /barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti