...

Azərbaycanın "Neft Daşları" yatağında çıxarıla bilən ehtiyatlar 180 milyon tonu ötür – ARDNŞ rəhbəri Rövnəq Abdullayev

Energetika Materials 6 Noyabr 2009 12:22 (UTC +04:00)
ARDNŞ tərəfindən şəxsi vəsaiti hesabına Azərbaycanın “Neft Daşları” dəniz neft-qaz yatağının çıxarıla bilən qalıq ehtiyatları 182 milyon ton neftdən çoxdur. Bu yatağın geoloji ehtiyatları 365 milyon ton həcmində qiymətləndirilir, ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanın "Neft Daşları" yatağında çıxarıla bilən ehtiyatlar 180 milyon tonu ötür – ARDNŞ rəhbəri Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 06 noyabr / Trend /

ARDNŞ tərəfindən şəxsi vəsaiti hesabına Azərbaycanın "Neft Daşları" dəniz neft-qaz yatağının çıxarıla bilən qalıq ehtiyatları 182 milyon ton neftdən çoxdur. Bu yatağın geoloji ehtiyatları 365 milyon ton həcmində qiymətləndirilir, ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Abdullayevin qeyd etdiyi kimi, mənimsənilmə üzrə mövcud layihəyə uyğun olaraq "Neft Daşları" yatağının işlənilməsi 2035-ci ildə başa çatmalıdır. Mütəxəssislərin fikrincə, "Neft Daşları" yatağının çıxarıla bilən qalıq neft ehtiyatı bundan sonra da əhəmiyyətli dərəcədə artırıla bilər.

Sözügedən proqramlar əsasında əlavə hidrotexniki qurğular tikilir, texnoloji obyektlər təmir və bərpa edilir, yeni quyular qazılır, neft hasilatının artırılması üçün elmi-tədqiqat və sınaq-təcrübə işləri aparılır. Mövcud maşın-mexanizmlərin yeniləşdirilməsi, yeni texnologiyaların tətbiqi, iş şəraitinin sağlamlaşdırılması məqsədilə xüsusi layihələr hazırlanıb həyata keçirilir. Əmtəə çənləri parkının modernləşdirilməsi, nasosxananın tikintisi başa çatmaq üzrədir, Abdullayev qeyd edib.

Hazırda bu sahədə gündəlik neft hasilatı 2450 tondan artıqdır. 1949-cu ildən etibarən yataqdan 167 milyon ton neft hasil edilmişdir, Abdullayev bildirib.

Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq "Neft Daşları" yatağında hasilat həcmi ildə 1,2 milyon tonneftə kimi artırılmalıdır. ARDNŞ geoloqlarının qiymətləndirməsinə əsasən, "Neft Daşları" yatağında qalıq neft həcmləri 30 milyon ton təşkil edir. ARDNŞ 2010-cu ilə kimi yataqda neft hasilatı həcminin artırılması üçün 78 yeni quyu qazacaq.

Xəbər lenti

Xəbər lenti