...

Azərbaycana yanvar-sentyabrda 100 min tondan artıq metal boru idxal edilib

Energetika Materials 17 Noyabr 2009 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend /

Azərbaycanın dəniz və quru yataqlarında əməliyyatların aparılması üçün bu ilin yanvar-sentyabr aylarında 106,5 min tona yaxın müxtəlif metal borular idxal edilib ki, bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz azdır.

"Göstərilən dövrdə 194,2 milyon dollardan artıq məbləğdə boru idxal edilib. Bu göstərici 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz azdır", - Dövlət Statistika Komitəsindən məlumatında deyilir.

Dəniz və quru yataqlarında əməliyyatlar ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən aparılır. Şirkət Azərbaycanın neft-qaz yataqlarında həm sərbəst, həm də xarici şirkətlərlə birlikdə işlər aparır.

Azərbaycanda 59 neft-qaz yatağı var, bunlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti