...

Türkmənistan strateji karbohidrogen mənbəyini özündə birləşdirir - ABŞ Dövlət Departamenti

Energetika Materials 18 Noyabr 2009 18:05 (UTC +04:00)
Türkmənistan özündə təkcə zəruri karbohidrogen mənbəyini deyil, eyni zamanda artan investisiya imkanlarını birləşdirir. Bu barədə çərşənbə günü Aşqabadda ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Corc Krol bildirib.
Türkmənistan strateji karbohidrogen mənbəyini özündə birləşdirir - ABŞ Dövlət Departamenti

Türkmənistan, Aşqabad, 18 noyabr / Trend , müxbir H.Həsənov/

Türkmənistan özündə təkcə zəruri karbohidrogen mənbəyini deyil, eyni zamanda artan investisiya imkanlarını birləşdirir. Bu barədə çərşənbə günü Aşqabadda ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Corc Krol bildirib.

Bu gün ABŞ-ın yüksək rütbəli diplomatı bu günlərdə Türkmənistan paytaxtında keçirilən illik neft-qaz konfransında çıxış edib. Onun fikrincə, Aşqabadda beynəlxalq neft şirkətlərinin artması investisiya imkanlarının artması faktını təsdiqləyir.

"ABŞ enerji təhlükəsizliyini prioritet məsələ kimi nəzərdən keçirir və Mərkəzi Asiya qlobal enerji mənzərəsində vacib regiondur", - Krol öz məruzəsində bildirib.

Onun sözlərinə görə, ABŞ energetika sahəsi ilə məhdudlaşmayaraq, Türkmənistanla qarşılıqlı fəaliyyətin və məsələlərin geniş spektri üzrə əməkdaşlığın davam etdirilməsinə ümid edir.

"Türkmənistanın zəngin karbohidrogen resursları bir çox dövlətlər üçün diversifikasiya olunmuş tədarüklər verə bilər. Türkmənistan alternativ ixrac marşrutları işləyib hazırlamaq yolu ilə öz istehlakçılarının bazasını genişləndirə bilər", - Krol deyib.

Amerikalı diplomatın fikrincə, Türkmənistan özündə təkcə zəruri karbohidrogen mənbəyini deyil, eyni zamanda artan investisiya imkanlarını birləşdirir.

"Prezident Berdiməhəmmədov tərəfindən elan olunan geniş islahatlar tam həyata keçirildikdən sonra Türkmənistan iqtisadiyyatını daha rəqabətqabiliyyətli edəcək və mənim ölkəmin də investorları daxil olmaqla, böyük sayda beynəlxalq investorların cəlb olunması üçün biznesi yaxşılaşdıracaq", - Krol bildirib.

Xəbər lenti

Xəbər lenti