...

Azərbaycanda yeni neft-qaz əməliyyat şirkəti yaradılıb

Energetika Materials 19 Noyabr 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir E.İsmayılov /

Neftçala, Xıllı, Durovdağ, Babazanan quru yataqlarının, həmçinin Muğan monoklinalın Cənub-Qərb qanadının işlənməsi üzrə müqavilənin hasilat pay bölgüsü (PSA) haqqında müqaviləyə dəyişdirilməsi ilə əlaqədar olaraq bu strukturların işlənməsi ilə məşğul olan Anshad Petrol şirkəti ləğv olunaraq Neftchala operating company əməliyyat şirkətinə köçürülür, bu barədə cümə axşamı şirkətdən bildirilib.

Yeni neft müqaviləsi bu ilin may ayının 22-də ölkə parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni müqavilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (51 faiz), Rusneft Neftçala İnvestments Limited (31,85 faiz) və Malayziyanın Land and General Berhad şirkəti (17,15) arasında imzalanıb.

Anshad Petrool fəaliyyətini oktyabrın 5-də dayandırıb. Şirkətin ləğv edilməsi prosesi oktyabrın 28-dən başlayıb. Hazırda ləğvetmə prosesi davam edir, müəssisənin sıfır balansına nail olmaq üçün işlər görülür, şirkətdən bildirilib.

Ləğvetmə prosesi bu prosesin başlanması anından iki ay ərzində başa çatmalıdır. Bütün maraqlananlar bu vaxt ərzində şirkətə müraciət edə bilər.

Anshad Petrol BM (ratifikasiyadan sonra -Neftchala operating company əməliyyat şirkəti) 1993-cü ildə ARDNŞ və Türkiyənin Atilla Dogan Petrol şirkəti tərəfindən keçmiş "Neftçalaneft" NQHİ əsasında yaradılıb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol-un 17,15 faizlik pay hissəsini alaraq layihənin iştirakçısı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti