...

ARDNŞ Koreyada istehsal obyekti terminalı icarəyə götürüb

Energetika Materials 20 Noyabr 2009 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Bədəlova/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz neftini saxlamaq üçün Koreyada rezervuar icarəyə götürüb. Bu barədə cümə günü ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi deyib.

"Hazırda şirkət onlardan istifadə edir", - şirkətin nümayəndəsi deyib.

ARDNŞ onları vasitəli icarəyə götürüb. Hazırda şirkətin ehtiyat rezervuarlarında təxminən 200 min ton neft var.

"Biz öz neftimizi bura böyük tankerlərlə gətitirik, onların bir hissəsini Cənubi Koreyada anbarlara yerləşdiririk və sonra SOCAR Trading Singapur ticarət evi vasitəsilə iri pərakəndə satış, yaxud Filippin, İndoneziya və digər ölkələrə xırda topdansatışı reallaşdırırıq", - ARDNŞ nümayəndəsi deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti