...

Əgər Ukrayna razılaşmaya əməl etsə, Avropaya bu qış qaz çatacaq – RF Prezidenti Dmitri Medvedev

Energetika Materials 9 Dekabr 2009 17:56 (UTC +04:00)
Əgər Ukrayna razılşmaya əməl etsə, Avropaya bu qış qaz çatacaq. Rusiya Prezidenti Dmitri Medvedev belə hesab edir.
Əgər Ukrayna razılaşmaya əməl etsə, Avropaya bu qış qaz çatacaq – RF Prezidenti Dmitri Medvedev

Rusiya, Moskva, 09 dekabr / Trend , xüsusi müxbir İ.Bragina/

Əgər Ukrayna razılşmaya əməl etsə, Avropaya bu qış qaz çatacaq. Rusiya Prezidenti Dmitri Medvedev belə hesab edir.

"Mən düşünürəm ki, ümumilikdə, əgər bizim ukraynalı tərəfdaşlarımız məsuliyyətlə yanaşsalar, o zaman hər şey normal olacaq. Digər enerji daşıyıcıları kimi qaz da Avropaya kifayət edəcək", - Medvedev Avropa və Asiya Media Forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Medvedevin sözlərinə görə, Kiyevin vaxtaşırı bildirdiyi ehtiyacla bağlı olaraq Ukrayna ilə qaz müqaviləsinə yenidən baxılmasının əleyhinədir.

"Mən bu müqaviləyə yenidən baxılması təkliflərini tamamilə məsuliyyətsizlik hesab edirəm", - Prezident deyib.

RİA Novosti-nin təşkilatçılığı ilə Moskvada keçirilən Avropa və Asiya Media Forumuna MDB və Baltikyanı ölkələrin tanınmış KİV rəhbərləri, siyasətçilər və ictimai xadimlər toplaşıb. Forumda postsovet məkanının 150-dən az olmayan ən avtoritet çap və elektron nəşrlərinin rəhbərləri də iştirak edir.

TREND İnformasiya Agentliyini Forumda baş direktor İlqar Hüseynov təmsil edir.

Forum proqramı gələn jurnalistlərin rusiyalı həmkarları, RF dövlət strukturunun rəhbərləri, Rusiyanın tanınmış siyasətçiləri və ictimai xadimləri ilə geniş ünsiyyət imkanlarını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti