...

İran həmsərhəd ölkələrə qaz tədarükünün gücünü artırıb

Energetika Materials 11 Dekabr 2009 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend /

İran Türkiyə də daxil olmaqla, şimal qonşularına təbii qaz tədarükü imkanlarını sutkada 55 milyon kubmetrədək artırıb. "Zawya" İranın enerji sahəsindəki nümayəndəliyinə istinadən yazır.

İran Rusiyadan sonra Türkiyəyə təbii qaz tədarük edən ikinci dövlətdir. Ölkə Ermənistana da qaz tədarük edir. Bundan əlavə, İran Azərbaycandan Naxçıvan Muxtar Respublikasına (blokada şəraitində olan) "svop" şərti ilə qaz tədarük edir.

İranda qaz verilişinin şimal zonasının müdiri Vəliyullah Dininin sözlərinə görə, ölkə Türkiyəyə qaz ixracını sutkada 40 milyon kubmetrədək, Naxçıvana 5 milyon kubmetrədək, Ermənistana isə 10 milyon kubmetrədək artırmaq imkanına sahibdir. Dini bəyan edib ki, İranın şimalında və şimal-qərbində yerləşən ölkələrin qaz təchizatı imkanı və eləcə də bu ölkələrdən İrana tədarük imkanı sutkada 55 milyon kubmetrədək artırılıb.

Xəbər lenti

Xəbər lenti