...

Azərbaycan regionlarına verilən qazın həcmi artıb

Energetika Materials 27 Yanvar 2010 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend /

Hazırda ARDNŞ-nin "Azəriqaz" İB tərəfindən Azərbaycan regionlarına veriən sutkalıq qaz həcmi 25 milyon kubmrtrə yaxın təşkil edir ki, bu da keçən ilin analoji göstəricisindən 1,8 milyon kubmetr çoxdur. Bu barədə ARDNŞ-dən çərşənbə axşamı yayılan məlumatda deyilir.

Məlumatda deyilir ki, ölkənin qaz sisteminə verilən qazın böyük hissəsi paytaxtın payına düşür. Hazırda Bakının qazpaylayıcı şəbəkəsinə sutkalıq qaz verilişi 13,8 milyon kubmetr təşkil edir. Yanvarın 25-nə olan məlumata görə, bu göstərici 11,5 milyon kubmetr təşkil edib. Qalan 11 milyon kubmetr qaz isə ölkənin digər regionlarının payına düşür.

Ölkənin bütün ərazisi üzrə verilən qazın həcminin artması hava şəraitinin kəskin pisləşməsi və havanın temperaturunun aşağı düşməsi ilə əlaqədardır.

Mənbənin əvvəl dediyi kimi, 2009-cu ildə Bakı şəhərinin qaz sisteminə 2,45 milyard kubmetrə yaxın məişət qazı verilib ki, bu da 2008-ci ilin analoji göstəricisi ilə demək olar bərabərdir. Keçən ilin dekabr ayında Bakının qaz sisteminə 317,5 milyon kubmetr qaz verilib. 2008-ci ildə bu göstərici 334,4 milyon kubmetrdən artıq olub.

Yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr təşkil edir. Qışda isə bu göstərici 10-13 milyon kubmetrə çatır.

Xəbər lenti

Xəbər lenti