...

Azərbaycanın istilik elektrik stansiyasında elektrik enerjisi hasilatı artıb

Energetika Materials 10 Fevral 2010 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend /

Ötən il Azərbaycan İstilik Elektrik Stansiyası (İES) proqnozlaşdırılan 6,5 milyard kilovat-saata nisbətdə 6,8 milyard kilovat-saat elektrik enerjisi hasil edib. Bu barədə "Azərenerji" ASC-nin çərşənbə günü yayılan məlumatında deyilir.

Məlumatda deyilir ki, bu ilin yanvarında İES proqnozlaşdırılan 510 milyon kilovat-saata nisbətdə təxminən 510,87 milyon kilovat-saat elektrik enerjisi hasil edib.

Stansiyada sutkalıq hasilat yanvar ayının ortalarında 15-17 milyon kilovat-saat təşkil edib.

Hazırda üçüncü, dördüncü və beşinci enerji blokları stansiyada normal iş vəziyyətindədir. Birinci və altıncı enerji blokları ehtiyatda saxlanılır. İkinci və yeddinci enerji bloklarında isə yenidənqurma işləri aparılır.

Ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 45 faizini təşkil edən Azərbaycan İstilik Elektrik Stansiyası hər biri 300 meqavat gücə malik səkkiz enerji blokundan ibarətdir. Yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisi sisteminin potensialı əlavə olaraq 600 meqavat artırılacaq.

Xəbər lenti

Xəbər lenti