...

ARDNŞ istixana effekti yaradan qazların və texnoloji qurğuların inventarlaşdırılmasını aparır

Energetika Materials 1 Mart 2010 15:59 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi istixana effekti yaradan qazların və texnoloji qurğuların inventarlaşdırılmasını aparır. Bu barədə idarənin rəsmi İnternet saytında bazar ertəsi yayılan məlumatda deyilir.

Azərbaycan, Bakı, 01 mart / Trend /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi istixana effekti yaradan qazların və texnoloji qurğuların inventarlaşdırılmasını aparır. Bu barədə idarənin rəsmi İnternet saytında bazar ertəsi yayılan məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, işlər fevralın 24-dən etibarən başlayıb və hazırda davam edir.

ARDNŞ-nin müəssisələri, Əməliyyat Şirkətləri və Birgə müəssisələrin istehsalat sahələrində monitorinqin aparılması zərurəti səmt qazlarının tullantılarını azaltmaq planları çərçivəsində işləri dəqiqləşdirmək və iqlim dəyişmələri haqqında çərçivə razılaşmasının həyata keçirilməsi ilə bağlı məsələlərin yerinə yetirilməsi məqsədi ilə Almaniyanın İqtisadi Araşdırmalar İnstitutu ilə birgə hazırlanmış və iqlim dəyişmələri sahəsində ARDNŞ-nin strategiyasıma daxil olan tədbirlərin müəyyən edilməsi istəyindən yarandı.

Xəbər lenti

Xəbər lenti