...

Böyük Britaniyanın energetika naziri Bakıda enerji layihələrini müzakirə edəcək

Energetika Materials 2 Mart 2010 16:39 (UTC +04:00)
Böyük Britaniyanın energetika naziri Lord Hant Bakıya səfər edəcək. Bu barədə Böyük Britaniya səfirliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
Böyük Britaniyanın energetika naziri Bakıda enerji layihələrini müzakirə edəcək

Azərbaycan, Bakı, 02 mart / Trend /

Böyük Britaniyanın energetika naziri Lord Hant Bakıya səfər edəcək. Bu barədə Böyük Britaniya səfirliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Fevralın 28-dən martın 4-dək Türkmənistan, Qazaxıstan və Azərbaycanda səfərdə olacaq Hant ölkəyə martın 3-də gələcək.

Bakıda qısamüddətli səfər zamanı Böyük Britaniyanın energetika nazirinin ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulur.

Hantın sözlərinə görə, son onillikdə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Şahdəniz" yatağının inkişafı, həmçinin "Bakı-Tbilisi-Ceyhan" boru kəməri kimi iri layihələr Azərbaycanı dünyanın mühüm enerji resursu tədarükçüsünə çevirib.

"Azərbaycanın da daxil olduğu Xəzər ölkələri regionu mühüm karbohidrogen ehtiyatlarına malikdir və bu, avropalı istehlakçılara böyük fayda verə bilər. Xəzər qazının birbaşa Avropaya çatdırılması arzusu reallığa yaxınlaşır", - Hant deyib.

Xəbər lenti

Xəbər lenti