...

Aİ Azərbaycanla enerji sahəsində yaxşı münasibətlərin yaranacağına inanır - Aİ-nın sədri

Energetika Materials 3 Mart 2010 10:28 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanı enerji resurslarının mühüm tədarükçüsü hesab edir. Bu barədə çərşənbə axşamı Bakıda səfərdə olan Aİ rəhbəri bildirib.
Aİ Azərbaycanla enerji sahəsində yaxşı münasibətlərin yaranacağına inanır - Aİ-nın sədri

Bakı, Azərbaycan, 2 mart / Trend , müxbir Ü.Sadıxova/

Avropa İttifaqı Azərbaycanı enerji resurslarının mühüm tədarükçüsü hesab edir. Bu barədə çərşənbə axşamı Bakıda səfərdə olan rəhbəri bildirib.

"Biz inanırıq ki, həm "Nabukko" (layihə), həm də digər layihələr çərçivəsində Azərbaycanla enerji sahəsində yaxşı münasibətlər quracağıq", - Avropa İttifaqına yarımildən bəridir ki, sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos Bakıda mətbuat konfransında bildirib.

Aİ "Cənub Dəhlizi" çərçivəsində qaz kəmərinə böyük ümidlər bəsləyir. "Nabukko"nun da daxil olduğu bu qaz kəmərinin vasitəsilə qazın Xəzər regionundan və Mərkəzi Asiyadan Avropaya nəqli mümkün olacaq.

Hazırda Nabukko layihəsinin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. İştirakçıların hər biri 16,67 faiz həcmində bərabər paya malikdir.

Qaz kəmərinin inşasına 2011-ci ildə başlanması nəzərdə tutulub. İlk nəqlə 2014-cü ildə başlanılacaq. Boru kəmərinin maksimum gücü ildə 31 milyard kubmetr təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti