...

Türkmənistan Prezidenti Xəzər üzrə xüsusi nümayəndəsini işdən azad edilmə ilə hədələyib

Energetika Materials 4 Mart 2010 17:31 (UTC +04:00)
Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsinin sədri Toyla Komekova "vəzifə borcunun qeyri-qənaətbəxş icra edilməsinə, yol verilmiş nöqsanlara görə" şiddətli töhmət verilib.
Türkmənistan Prezidenti Xəzər üzrə xüsusi nümayəndəsini işdən azad edilmə ilə hədələyib

Türkmənistan, Aşqabad, 04 mart / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsinin sədri Toyla Komekova "vəzifə borcunun qeyri-qənaətbəxş icra edilməsinə, yol verilmiş nöqsanlara görə" şiddətli töhmət verilib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərəncamında deyilir ki, əgər yol verilmiş nöqsanlar qısa müddət ərzində aradan qaldırılmazsa məmur tutduğu vəzifədən azad ediləcək.

Komekov iki ildən bir az artıq müddətdir ki, bu vəzifəyə təyin olunub. 2006-cı ilin yanvarından həmin vaxta qədər ölkənin Balıq Təsərrüfatı üzrə Dövlət Komitəsinə başçılıq edib.

Azərbaycan, Qazaxıstan, Rusiya və İran ilə yanaşı, Türkmənistan da karbohidrogen və bioresurslarla zəngin olan Xəzər dənizi ilə sərhəddə yerləşir. SSRİ-nin süquta uğraması ilə əlaqədar olaraq Xəzərin hüquqi statusuna dair yeni razılaşmanın qəbul edilməsinə zərurət yaranıb.

Beş Xəzəryanı ölkə razılaşıb ki, Konvensiya ancaq konsensium yolu ilə qəbul edilə bilər. Bu vaxta qədər SSRİ-İran müqaviləsi əsasında nizamlanmış hüquqi rejim fəaliyyət göstərməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti