...

Azərbaycan İES elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 12 Mart 2010 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend /

Fevralda Azərbaycan İstilik Elektrik Stansiyası (İES) 532 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Yanvarda isə bu göstərici 510,87 kilovat-saat olub. Bu barədə "Azərenerji" SC-nin cümə günü yaydığı məlumatda bildirilir.

Ötən il İES proqnozlaşdırılan 6,5 milyard kilovat-saata nisbətdəı 6,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.

2005-2015-ci illərdə ölkənin yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində İES-dəki enerji bloklarının yenidən qurulması üzrə işlərə başlanılıb. Beşinci, dördüncü və üçüncü enerji bloklarında yenidənqurma işləri başa çatdırılıb, hazırda ikinci və səkkizinci enerji bloklarında analoji işlər aparılır.

Hazırda üçüncü, dördüncü, beşinci və yeddinci enerji blokları istismar olunur. Birinci və altıncı enerji blokları ehtiyat üçün ayrılıb.

Yenidənqurma işlərinin bu il başa çatdırılması planlaşdırılır. Beş enerji blokunda yenidənqurma işlərindən sonra elektrik enerjisi sistemi əlavə olaraq 450 meqavata yaxın güc əldə edəcək.

Xəbər lenti

Xəbər lenti