...

"Azərenerji" SC gücləndirilmiş iş rejiminə keçib

Energetika Materials 16 Mart 2010 14:56 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması ilə məşğul olan "Azərenerji" SC Novruz Bayramı ilə əlaqədar çərşənbə axşamından gücləndirilmiş iş rejiminə keçib. Bu barədə SC-nin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Azərbaycan, Bakı, 16 mart / Trend /

Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması ilə məşğul olan "Azərenerji" SC Novruz Bayramı ilə əlaqədar çərşənbə axşamından gücləndirilmiş iş rejiminə keçib. Bu barədə SC-nin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Gücləndirilmiş iş rejiminə keçilməs ilə əlaqədar nəqliyyatla təmin olunan növbətçi təmir briqadalarının sayı artırılıb.

Bayram günlərində elektrik enerjisinə tələbat iki dəfə artır. Bununla əlaqədar SC xüsusi tədbirlər planı hazırlayıb ki, bu da istehlakçıların tələb olunan həcmdə elektrik enerjisi ilə təmin olunmasına imkan verəcək.

Məlumatda deyilir ki, bayram günlərində elektrik enerjisinə tələbatın artmasına baxmayaraq, təminat məsələsində problem olmayacaq. SC-nin ehtiyatında olan bütün elektrik avadanlıqları tam təmir edilib və hazır vəziyyətə gətirilib.

Xəbər lenti

Xəbər lenti