Azərbaycan, Bakı, 9 aprel /Trend/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cari ilin yanvar-mart ayında dövlət büdcəsinə 254,7 milyon ödəyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 118,29 milyon manat və ya 1,8 dəfə çoxdur. Martda bu göstərici 87,06 milyon manat təşkil edib. Bu barədə şirkətin cümə günü yayılan məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, cari ilin yanvar-mart aylarında neft şirkəti tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 28,55 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,55 milyon manat (118,9%) çox olub. Cari ilin yanvar-mart aylarında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,45 milyon manat vəsait köçürüb.