...

Azərbaycanda bu il neft emalının artımı proqnozlaşdırılır

Energetika Materials 19 Aprel 2010 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.İsmayılov/

Bu il ARDNŞ Bakının iki neft emalı zavodunda 6,15 milyon ton neft emal etməyi planlaşdırır. Bu göstərici ötən il 6,03 milyon ton təşkil edib. Bu barədə ARDNŞ-dəki mənbə bazar ertəsi bildirib.

Mənbənin sözlərinə görə, bu il planlaşdırılan ümumi həcmdən 4,35 milyon tonu neft emal üçün Bakının Heydər Əliyev adına Neft Emalı Zavoduna göndəriləcək. Qalan 1,8 milyon ton isə "Azneftyağ" NEZ-də emal ediləcək.

ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədovun əvvəlcə bildirdiyinə görə, bu il neft emalında iki faizlik artım planlaşdırılır.

Yanvar-mart aylarında Azərbaycanda 1,24 milyon ton neft məhsulları istehsal olunub ki, bu da 2009-cu ilin analoji dövründə 1,12 milyon ton təşkil edib. Mart ayında istehsalın ən yüksək həcmi dizel yanacağının payına (622,54 min ton) düşür ki, bu da ötən ilin martında 502,132 min ton təşkil edib.

Yanvar-mart aylarında ildə 20 milyon ton gücü olan Bakının iki neft emalı zavodunda 1,55 milyon ton neft emal edilib ki, bu da ötən ilin analoji dövründə 1,5 milyon ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti