...

Yanvar-mart aylarında Sumqayıt elektrik stansiyası 550 mln kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 23 Aprel 2010 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Yanvar-mart aylarında Sumqayıt elektrik stansiyası 590 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılan həcmdən 7 milyon kilovat-saat çoxdur. Bu barədə "Azərenerji" SC-nin (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) cümə günü yaydığı məlumatda bildirilir.

Martda elektrik stansiyası tərəfindən proqnozlaşdırılan 171 milyon kilovat-saata qarşı 175 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bu ilin sonunadək stansiyada dəniz suyunun soyudulması sistemi üzrə filtrlərin modifikasiyasına dair işlərin aparılması və yeni qaz-isidici qurğuların quraşdırılması nəzərdə tutulub.

525 meqavat gücündə Sumqayıt elektrik stansiyası 2009-cu ilin noyabrında istismara verilib. Stansiya hər biri 164 meqavat gücündə olan iki qaz turbinindən və 189 meqavat gücündə olan bir buxar turbinindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti