...

ARDNŞ Azərbaycanda ilk dəfə öz brendi altında yanacaqdoldurma stansiyalarını istismara verib (FOTO)

Energetika Materials 7 May 2010 15:18 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) cümə günü Bakıda - H.Əliyev adına Beynəlxalq Hava Limanına aparan yolda, Zığ şosesində və Bibiheybətdə ilk üç yanacaqdoldurma stansiyasını (YDS) istismara verib. İlin sonunadək ARDNŞ-in brendi altında daha doqquz YDS istismara veriləcək.
ARDNŞ Azərbaycanda ilk dəfə öz brendi altında yanacaqdoldurma stansiyalarını istismara verib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) cümə günü Bakıda - H.Əliyev adına Beynəlxalq Hava Limanına aparan yolda, Zığ şosesində və Bibiheybətdə ilk üç yanacaqdoldurma stansiyasını (YDS) istismara verib. İlin sonunadək ARDNŞ-in brendi altında daha doqquz YDS istismara veriləcək.

İndiyədək ARDNŞ Gürcüstanda 30-dan artıq YDS tikib və istismara verib.Cari ildə daha 30 ədəd stansiyanın istismarı planlaşdırılır.

Şirkət eləcə də Ukraynanın topdansatış neft məhsulları bazarında da fəaliyyətini genişləndirir. Hazırda ARDNŞ bu ölkədə 20-yə yaxın YDS rebrendinqini aparır. Bu stansiyalarda neft məhsullarının satışına may ayında başlanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti