...

Azərbaycanın şimalında Sənaye və Energetika Nazirliyinin qaz və enerji nəzarəti idarələrinin şöbələri açılıb

Energetika Materials 22 İyun 2010 20:21 (UTC +04:00)
Azərbaycanın Xaçmaz rayonunda Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti və Dövlət Enerji Nəzarəti idarələrinin şöbələrini açıb.
Azərbaycanın şimalında Sənaye və Energetika Nazirliyinin qaz və enerji nəzarəti idarələrinin şöbələri açılıb

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycanın Xaçmaz rayonunda Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti və Dövlət Enerji Nəzarəti idarələrinin şöbələrini açıb. Bu barədə çərşənbə axşamı nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.

Onun sözlərinə görə, regional şöbə respublikanın doqquz rayonuna nəzarət edəcək. Bu, ikinci regional nümayəndəlikdir. Birinci regional nümayəndəlik isə Sumqayıtda açılmışdı.

Gələcəkdə ümumilikdə 11 rayonda regional şöbələrin açılması planlaşdırılıb. Bunda əsas məqsəd qaz və elektrik enerjisindən istifadəyə dövlət nəzarətinin həyata keçirilməsidir.

Xaçmaz şöbəsinin açılışında sənaye və energetika naziri Natiq Əliyev və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti