...

"Qazatomprom" Milli Şirkəti külək və günəş enerjisi əsasında iki enerji kompleksi inşa edib

Energetika Materials 29 İyun 2010 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir S.Süleymanov/

Akmolin vilayətində külək və günəş enerjisi əsasında işləyən iki muxtar kompleks istismara verilib, - bu barədə Trend-ə "Qazatomprom" milli şirkətinin mətbuat xidmətindən xəbər veriblər.

"Külək stansiyaları "paytaxtın yaşıl qurşağı"nda "meşə kordonu" obyektinin işıqlandırılmasını təmin edəcək. Komplekslər "Bolotov rotorlu külək turbinləri - məşhur Qazaxıstan alimi, texniki elmlər doktoru, akademik Albert Bolotovun elmi işləri əsasında yaradılacaq", - mətbuat xidmətindən verilən məlumatda deyilir.

Press-relizdə qeyd edildiyi kimi, mövcud elektrik stansiyası çox yüksək gücə malikdir. Bundan əlavə, külək qurğuları dəstinə günəş batareyaları və helium akkumulyatorları  da daxildir.

Şirkətdən verilən məlumata görə, bu gün Qazaxıstanda əsas hissəsi (90%) mərkəzləşdirilmiş elektrik təchizatına aid olmayan 180 min şəxsi kənd təsərrüfatı fəaliyyət göstərir. Külək enerjisi qurğu komplekslərindən istifadə etməklə Qazaxıstanın enerji sistemi konfiqurasiyasını dəyişməyə imkan verəcək, regionların enerji ilə təminatını yüksəldəcək.

Hal-hazırda Qazaxıstanın Qızıl Orda, Aktubin və Cənubi Qazaxıstan vilayətlərində 20-dən çox belə stansiya fəaliyyət göstərir.

"Qazatomprom" ASC uran və onun birləşmələri, nadir metallar, atom enerjisi stansiyaları üçün nüvə yanacağı, xüsusi avadanlıqların ixracı üzrə Qazaxıstanın milli operatorudur.

Şirkətin fəaliyyət istiqamətləri bunlardır: nüvə yanacağı istehsalı; atom elektrik stansiyası; konstruksiyalı materialların istehsalı; energetika; elm; sosial təminat və kadr hazırlığı. Hal-hazırda şirkətdə 26 000 mindən çox işçi fəaliyyət göstərir. "Qazatomprom" dünyanın aparıcı uran hasil edən şirkətləri sırasına daxildir.

Xəbər lenti

Xəbər lenti