...

"Sarmatiya" şirkətinin iştirakçıları idarə heyətinin rəhbərini seçmək üçün növbədənkənar iclas keçirəcəklər

Energetika Materials 2 İyul 2010 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.İsmayılov/

Beynəlxalq "Sarmatiya" şirkətinin iştirakçıları növbədənkənar iclasda idarə heyətinin sədrini seçmək niyyətindədirlər. Bu barədə Trend-ə telefonla baş direktor Sergey Skripka bildirib.

Onun sözlərinə görə, iştirakçıların son iclasında idarə heyətinin rəhbərinin seçilməsi cari ilin sentyabrın 1-dək keçiriləcək növbədənkənar iclasda qəbul ediləcək.

"Son iclasda heç də hamı hazır deyildi, xüsusilə də bizim polşalı həmkarlarımız idarə heyətində öz nümayəndələrini təyin etməyiblər. Buna görə də sədrin seçilməsi üzrə səsvermənin aparılması düzgün olmazdı", - Skripka qeyd edib.

İyunda beynəlxalq "Sarmatiya" şirkətinin idarə heyətinin rəhbəri Marçin Yastjembski istefa ərizəsini təqdim edib. O, vəzifədən getməsinin səbəbini əsaslandırmayıb.

"Sarmatiya" 2004-cü ildə yaradılıb. Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Gürcüstanın neft-qaz şirkəti, Litvanın "Klaypedos neft" şirkəti, Polşanın PERN "Pişiyazn" neft nəqli şirkəti və "Ukrtransafta" ASC layihə üzvləridirlər.

"Odessa-Brodı" neft nəqli layihəsi neftin Ukrayna NEZ-inə çatdırılması və ölkənin tranzit imkanlarının artırılması məqsədilə planlaşdırılıb. "Odessa-Brodı" neft kəmərinin tikintisi 2002-ci ilin aprel ayında başa çatıb. Magistral 674 km uzunluğa malikdir və borunun diametri 1020 mm təşkil edir. Neft kəməri və terminalın gücü il ərzində 9-14 milyon ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti