...

İranda iki yeni qaz yatağı aşkar edilib

Energetika Materials 5 İyul 2010 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İranda iki yeni qaz yatağı aşkar edilib. Bu, Fars körfəzindəki "Fruz" və Xorasan əyalətindəki "Tus" yataqlarıdır. Bu barədə İranın neft naziri Məsud Mirkazımi bildirib. Məlumatı SHANA agentliyi yayıb.

Mirkazıminin sözlərinə görə, "Fruz" qaz yatağı İranın ərazi sularındakı Kiş adasının 30 kilometrliyində aşkar edilib. "Bu yatağın ehtiyatları 700 milyard kubmetr qaz və 288 milyon barel kondensat təşkil edir. Bizim bu yataqdan sutkada 70 milyon kubmetr qaz hasil etmək imkanımız var", - Mirkazımi bildirib.

Nazirin sözlərinə görə, "Tus" yatağının ehtiyatları 62,5 milyard kubmetr qaz təşkil edir və İran bu yataqdan sutkada 4 milyon kubmetr qaz hasil etmək iqtidarındadır.

Xəbər lenti

Xəbər lenti