...

Bolqarıstan il ərzində "Nabucco" qaz kəmərinin birinci bölməsinin tikintisinə başlamağa ümid edir

Energetika Materials 3 Avqust 2010 13:36 (UTC +04:00)
Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqli üçün nəzərdə tutulan "Nabucco" qaz kəməri layihəsinin reallaşdırılmasına il ərzində Bolqarıstanla Türkiyə arasında birləşdirici qaz şəbəkəsinin tikintisindən başlanacaq. Bu barədə "Sofia News Agency" Bolqarıstanın iqtisadiyyat naziri Trayço Traykova istinadən məlumat verib.
Bolqarıstan il ərzində "Nabucco" qaz kəmərinin birinci bölməsinin tikintisinə başlamağa ümid edir

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir A.Bədəlova/

Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqli üçün nəzərdə tutulan "Nabucco" qaz kəməri layihəsinin reallaşdırılmasına il ərzində Bolqarıstanla Türkiyə arasında birləşdirici qaz şəbəkəsinin tikintisindən başlanacaq. Bu barədə "Sofia News Agency" Bolqarıstanın iqtisadiyyat naziri Trayço Traykova istinadən məlumat verib.

Traykovun sözlərinə görə, Bolqarıstanla Türkiyə arasında qaz kəmərinin tikintisinin maliyyələşdirilməsi Avropa İttifaqı tərəfindən bu qurumun iqtisadi bərpa planı çərçivəsində 200 milyon avro həcmində vəsaiti hesabına həyata keçiriləcək.

İyulda "Nabucco"nun operatoru olan Avstriyanın OMV şirkətinin nümayəndələri və "Nabucco Gas Pipeline International" şirkətinin icraedici direktoru Reynhard Mitçeklə görüşü zamanı Traykov bildirib ki, "Bolqarıstan-Türkiyə" qaz kəmərinin tikintisi layihənin ilk funksional hissəsi olmalıdır.

Traykovun sözlərinə görə, yeni boru kəməri layihənin şərtlərinə uyğun tikiləcək və bununla da "Bolqarıstan-Türkiyə" qaz kəməri gələcək Avropa qaz xəttinin ilk tamamlanmış və fəaliyyət göstərən hissəsi olacaq.

Dəyəri 7,9 milyard avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetrə bərabərdir.

"Nabucco" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq, Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabucco" qaz kəmərinin uzunluğu 2,730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq, Mərkəzi Anadoludan və Mərmərə dənizindən keçərək, qərb istiqamətində Bolqarıstan sərhədinədək davam edəcək. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti