...

Azərbaycan qazının Türkiyəyə satışı normal rejimdə həyata keçirilir - "Botas"

Energetika Materials 26 Avqust 2010 15:06 (UTC +04:00)
Azərbaycandan və Rusiyadan Türkiyəyə qaz nəqli normal rejimdə həyata keçirilir. Bu barədə cümə axşamı Türkiyənin "Botas" Dövlət Boru Kəməri Şirkətindən bildiriblər.
Azərbaycan qazının Türkiyəyə satışı normal rejimdə həyata keçirilir - "Botas"

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycandan və Rusiyadan Türkiyəyə qaz nəqli normal rejimdə həyata keçirilir. Bu barədə cümə axşamı Türkiyənin "Botas" Dövlət Boru Kəməri Şirkətindən bildiriblər.

Avqustun 24-də axşam Türkiyənin Ağrı vilayətinin Eleşkirt rayonunda İrandan Türkiyəyə təbii qazın axınını təmin edən qaz kəmərində güclü partlayış baş verib. Partlayış nəticəsində, İrandan qazın verilməsi dayandırılıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yılmazın sözlərinə görə, qaz nəqli yeddi-səkkiz gün ərzində bərpa olunacaq.

"Qaz kəmərlərində heç bir problem yoxdur, qazın verilməsi normal rejimdə həyata keçirilir və heç bir çətinlik gözlənilmir", - "Botas"dan bildiriblər. Şirkət nümayəndəsinin sözlərinə görə, yay rejiminə görə tələbat az olduğundan, qazla bağlı problem yaranmayacaq.

Azərbaycan qazının Türkiyəyə tədarük edilməsi Azərbaycanın dəniz qaz-kondensat yatağı "Şahdəniz"lə müqavilə çərçivəsində həyata keçirilir. Müqaviləyə əsasən, Türkiyə "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsində ildə 6,6 milyard kubmetr qaz alır (ehtiyatların ümumi həcmi 1,2 trilyon kubmetr qiymətləndirilir).

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql edilir. Boru kəmərinin uzunluğu 700 km-dir. Yükləmənin gücü ildə 20 milyard kubmetrdən çoxdur.

Xəbər lenti

Xəbər lenti