...

Sentyabrın 1-də Gürcüstanda NEZ ərazisi hərraca çıxarılacaq

Energetika Materials 31 Avqust 2010 16:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 avqust /Trend, müxbir N.Kirsxaliya/

Batumidə sentyabrın 1-də saat 17:00-da neft emalı zavodunun (NEZ) ərazisinin və orada yerləşən tikililərin satışı üzrə hərrac keçiriləcək. Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, obyektin başlanğıc qiyməti 14,5 milyon dollar təşkil edəcək.

Hərracda iştirak etmək arzusunda olanların ərizələri 1 sentyabr saat 13:00-dək qəbul edilir.

Şərtlərə görə, alıcı hərracın keçirilməsindən sonrakı 30 gün ərzində dəyərin 50 faizini ödəməlidir. Ərazinin yeni sahibi qalan məbləği 2010-cu il dekabrın 1-dək ödəyə bilər.

Razılaşmaya uyğun olaraq, bu müddət ərzində sahibkar standart və qaygdalara uyğun şəkildə əmlakın istismarını təmin etmə, regional istehlakçılara münasibətdə ayrıseçkilik siyasəti aparmamalıdır.

Xəbər lenti

Xəbər lenti