...

"Petkim" İstanbul Qiymətli Kağızlar Birjasında reytinqini artırıb

Energetika Materials 3 Sentyabr 2010 20:24 (UTC +04:00)
ARDNŞ-nin Türkiyədəki neft-kimya kompleksi "Petkim" İstanbul Qiymətli Kağızlar Birjasında reytinqini 7.71 dərəcədən 8.19-a yüksəldib.
"Petkim" İstanbul Qiymətli Kağızlar Birjasında reytinqini artırıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

ARDNŞ-nin Türkiyədəki neft-kimya kompleksi "Petkim" İstanbul Qiymətli Kağızlar Birjasında reytinqini 7.71 dərəcədən 8.19-a yüksəldib. Bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir. "Petkim" birjanın Təşkilati İdarəetmə İndeksinə keçən il daxil olub.

Bu dərəcə korporativ idarəetmə prinsiplərinə görə "əhəmiyyətli dərəcədə uyğunlaşmanı təmin etmək" və "idarəetmə fəaliyyətinin keyfiyyətinin yüksək olduğunun" göstəricisidir.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verir.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti