...

Yanvar-avqust aylarında Qazaxıstanın Aktau ticarət limanı neft yüklərinin göndərilməsini azaldıb

Energetika Materials 6 Sentyabr 2010 19:31 (UTC +04:00)

Аzərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-avqust aylarında Aktau Beynəlxalq Dəniz Ticarət Limanı (ABDTL) 6,41 milyon ton neft yükləri göndərib ki, 2009-cu ildə bu rəqəm 7,5 milyon tondan çox olub. Bu barədə limandan verilən məlumatda deyilir. Neft yüklərinin həcmi avqustda 628 min ton təşkil edib ki, bu da planlaşdırılan göstəricidən 4,8 faiz çoxdur.

2009-cu ildə ABDTL təxminən 11,3 milyon ton neft yükləri göndərib. 2008-ci ildə bu rəqəm 860,4 min ton olub.

2008-ci ildəki 2,11 milyon tona qarşı ötən ilin yanvar-avqust aylarında 2,6 milyon tondan artıq quru yüklər göndərilib.

Eyni zamanda, yanvar-avqust aylarında liman tərəfindən göndərilən quru yüklərin ümumi həcmində metallurgiya məhsulları 1,3 milyon ton, bərə yükləri 368,6 min ton və 172,3 min ton digər yüklər təşkil edib.

Ötən il limanda 2,6 milyon ton quru yük yüklənib boşaldılıb ki, bu rəqəm 2008-ci ildə bir milyon ton təşkil edib.

Bu ilin yanvar-avqustunda limanın ümumi yükboşaltma həcmi 8,57 milyon ton quru və neft yükləri təşkil edib ki, ötən il bu rəqəm 11 milyon ton olub.

Yanvar-avqust aylarında Aktau limanında 1 383 gəmi işlədilib.

Hazırda Xəzər dənizində 6 beynəlxalq dəniz limanı var - Bakı (Azərbaycan), Həştərxan (Rusiya), Türkmənbaşı (Türkmənistan), Aktau (Qazaxıstan), Ənzəli və Neka (hər ikisi İran).

Xəbər lenti

Xəbər lenti