Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
Yanvar-avqust aylarında Azərbaycanda 34,25 milyon ton neft və kondensat hasil olunub ki, bu da 2009-cu ilin analoji dövr göstəricisindən 2,2 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir.
Yanvar-avqust aylarında neft hasilatının əsas həcmi Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb. Şirkət "Azəri-Çıraq-Günəşli" blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 28,6 milyon ton neft və qaz-kondensat hasil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 2,8 faiz çoxdur.
Yanvar-avqust aylarında Azərbaycanda qazın hasilatı 17,63 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının payına 6,9 milyard kubmetr qaz düşür ki, bu da 2009-cu ilin yanvar-avqust aylarındakı göstəricidən 1,4 faiz çoxdur.
Yanvar-avqust aylarında Azərbaycanda 12,5 milyard kilovat-saata qədər elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin həmin dövrünə nisbətdə 2,8 faiz aşağıdır.