...

ARDNŞ prezidenti İtochu korporasiyasının bölməsinin direktoru ilə görüşüb

Energetika Materials 19 Noyabr 2010 09:53 (UTC +04:00)
Noyabrın 18-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi komissiyasının həmsədri, “İtoçu” korporasiyasının mineral ehtiyatlar sektorunun prezidenti Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
ARDNŞ prezidenti İtochu korporasiyasının bölməsinin direktoru ilə görüşüb

Azərbaycan, Bakı, 19 noyabr /Trend/ 

Noyabrın 18-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi komissiyasının həmsədri, "İtoçu" korporasiyasının mineral ehtiyatlar sektorunun prezidenti Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bu barədə ARDNŞ-in məlumatında bildirilir. 

Qəbul üçün təşəkkürünü bildirən qonaq Azərbaycana son dəfə dörd il əvvəl səfər etdiyini söyləmiş, ötən müddətdə ölkəmizin iqtisadi inkişafında baş vermiş irəliləyişləri yüksək qiymətləndirmişdir. ARDNŞ-nin liderliyi ilə Azərbaycan neft-qaz sənayesində nəzərəçarpacaq uğurlar qazanıldığını vurğulayan qonaq Bakıya budəfəki səfərindən xüsusilə məmnun qaldığını söyləmişdir. O təmsil etdiyi "İtoçu" korporasiyasının Azərbaycanla artıq 15 ilə yaxındır ki, sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladaraq, həyata keçirdikləri beynəlxalq layihələr arasında AÇG layihəsinə xüsusi etimad göstərildiyini nəzərə çatdırmış və "İtoçu"nun bu layihədə iştirakını genişləndirmək niyyətini ifadə etmişdir. 

Qonaq həmçinin ARDNŞ ilə beynəlxalq miqyasda neft və neft məhsullarının treydinqi, habelə neft kimyası sahəsində əməkdaşlıqda maraqlı olduqlarını söyləmişdir. 

"İtoçu" korporasiyasının Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılıqla söz açan ARDNŞ prezidenti Rövnəq Abdullayev ölkədə, o cümlədən neft-qaz sənayesində qazanılan uğurları yüksək qiymətləndirdiyinə görə Yoiçi Kobayaşiyə təşəkkür etmiş, birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirmişdir. O, ARDNŞ-nin idarəçiliyində olan "Petkim" neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 milyon ton təşkil edəcək yeni neft emalı zavodunun inşası üçün Türkiyə hökumətindən müvafiq razılıqların alındığını nəzərə çatdıraraq bu sahədə əməkdaşlıq üçün geniş perspektivlər yarandığını söyləmişdir. 

Abdullayev "İtoçu" ilə ARDNŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bu və digər layihələrdə əlverişli imkanların mövcud olduğunu qeyd etmiş, digər maraqlı şirkətlərlə yanaşı Yaponiyanın bu iri korporasiyasının təkliflərinin də diqqətlə nəzərdən keçiriləcəyini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti