...

Türkmənistan Prezidenti dövlətlərarası qaz kəmərinin çəkilişində iştirak üçün İrana səfər edəcək

Energetika Materials 27 Noyabr 2010 12:54 (UTC +04:00)
Yaxın günlərdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov İranın Xangeran-Səngbəst qaz kəmərinin işə salınması mərasimində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edəcək.
Türkmənistan Prezidenti dövlətlərarası qaz kəmərinin çəkilişində iştirak üçün İrana səfər edəcək

Türkmənistan, Aşqabad, 27 noyabr /Trend, müxbir H.Həsənov/

Yaxın günlərdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov İranın Xangeran-Səngbəst qaz kəmərinin işə salınması mərasimində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edəcək. Bu kəmər dövlətlərarası qaz kəməri şəbəkəsinə birləşdiriləcək. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.

Bu qol 2010-cu ilin yanvarında işə salınan Türkmənistan ərazisindəki Dövlətabad-Sərəxs-Xangeran qaz kəmərinə birləşdirilmək üçün tikilib. Ümumilikdə bu artıq türkmən qazının İrana göndəriləcəyi ikinci magistraldır. Türkmənistanın qərbində yerləşən birinci qol Körpəcə-Kurt-Kui 1996-cı ildə istismara verilib.

Layihəyə görə, yeni və mövcud magistrallar İrana illik nəqli ildə 20 milyard kubmetrədək artırmağa imkan verəcək. İrana səfər məsələsi hökumətin sonuncu iclasında müzakirə olunub. Berdiməhəmmədovun qeyd etdiyi kimi, "layihə Türkmənistanla qonşu İran arasında mövcud olan müsbət neytrallıq, sülhsevərlik, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan siyasətin uğurla həyata keçirilməsinə nümunəvi misaldır".

İranın neft sənayesi naziri 2010-cu ilin aprelində bəyan etmişdi ki, 2010-cu ilin sonlarınadək türkmən qazının idxalının sutkalıq həcmi 32 milyon kubmetrlə müqayisədə 40 milyon kubmetrədək artıb. Mütəxəssislər qeyd edirlər ki, tələbin artacağı halda qərbi Körpəcə-Kurt-Kui qaz kəmərinin də gücünün artırılması imkanı var. Çünki onun yaxınlığında bir az əvvəl yeni perspektivli yataqlar aşkar edilib.

Xəbər lenti

Xəbər lenti