...

Türkmənistandakı neft emalı kompleksi beynəlxalq tender elan edib

Energetika Materials 29 Noyabr 2010 12:53 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 29 noyabr / Trend, müxbir H.Həsənov /

Türkmənbaşı şəhərindəki neft emalı kompleksi paketləşdirmə və polipropilenin xırdalanması qurğusunun ekstruderinin təmiri üzrə beynəlxalq tender elan edib.

Maraqlanan tərəflərə Türkmənistan, Balkan vilayəti, Türkmənbaşı şəhərində yerləşən Türkmənbaşı NEZ-in 2-ci şöbəsinə:

- iştirakçının tam adı, hüquqi statusu, qeydiyyatda olduğu ölkənin rekvizitləri və əlaqə telefonları göstərilməklə tenderdə iştirak barədə yazılı ərizə ilə müraciət etmək;

- Türkmənistandakı neft-qaz kompleksi üçün maddi-texniki malların satıcısının seçim müsabiqəsinin keçirilməsi Qaydaları ilə tanışlıq;

- lotların və texniki tələblərin sertifikatını almaq;

- hər lota görə 230 dollar ödəyərək tender sənədləri paketini almaq təklif olunur.

Tender təklifləri yuxarıda göstərilən ünvana göndərilməlidir və 2010-cu il 8 dekabr, saat 16:00-dək qəbul olunur.

Pul vəsaitlərinin köçürülməsi ilə bağlı hesab yazılı ərizə verilən zaman göstəriləcək.

Tender təklifləri paketi yuxarıda göstərilən ünvana elan dərc edilən andan çatdırılmalıdır və hesaba pul vəsaitinin köçürülməsindən sonra baxılmaq üçün qəbul ediləcək.

Əlaqə telefonları: +993243 2-52-66, (ərizənin göndərilməsi üçün tel./faks: +993243 2-45-44, 2-22-04).

Xəbər lenti

Xəbər lenti