Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.İsmayılov/
CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 88,22 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən 0,27 dollar/barelədək artıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 87,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.
Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikliyinə görə Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 30-da 83,18dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 30-da 86,112 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.