Azərbaycan, Bakı, 25 dekabr /Trend/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanda "İlin xarici şirkəti" kimi "Qızıl Perqament" mükafatına layiq görülüb. Bu barədə ARDNŞ-nin şənbə günü yaydığı məlumatda deyilir.
11 nominasiya üzrə təqdim edilən mükafatın qaliblərini müəyyən etmək məqsədi ilə Gürcüstan ərazisində 2600 respondent arasında sorğu keçirilib.
Ötən illərdə "Qızıl Perqament"in qalibləri arasında Gürcüstanın tanınmış siyasi, ictimai xadimləri, müxtəlif sahələrdə böyük uğurlara imza atmış şirkətlər olublar.
Hazırda ARDNŞ öz törəmə şirkəti "SOCAR Energy Georgia" vasitəsilə Gürcüstan bazarında neft məhsullarının və qazın distribusiyası ilə məşğul olur, eləcə də Kulevi Qara dəniz neft terminalının sahibidir.