...

ARDNŞ qaz sistemi üzrə yeni müqavilənin imzalanmasına hazırlaşır

Energetika Materials 11 Yanvar 2011 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.İsmayılov/

Yaxın günlərdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakı şəhəri və Abşeron yarımadasının qaz sisteminin yenidən qurulması və modernləşdirilməsi çərçivəsində müqavilə imzalamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Avropa şirkətləri "E.ON" və "RWE"nin layihə üzrə təqdim etdiyi təkliflərin ilk qiymətləndirmə prosesi başa çatıb.

"Müqavilə hələ imzalanmayıb, lakin tezliklə gözlənilir", - mənbə deyib.

Bundan əvvəl ARDNŞ-nin "Azəriqaz" İB-nin rəhbəri Əkbər Hacıyevin bəyan etdiyi kimi, yanvar ayı ərzində ARDNŞ bu layihə üzrə təkliflərlə çıxış edən Avropa şirkətlərindən biri ilə müqavilə imzalamağı planlaşdırır.

Bakı və Abşeron yarımadasının qaz sistemi ölkədə ən böyük sistemdir və 650 min abunəçini əhatə edir. Onun yenidən qurulması və təkmilləşdirilməsi üçün mövcud infrastrukturun 90 faizi yenilənməlidir.

Bundan əvvəl Bakı və Abşeron yarımadasının qaz sisteminin yenidən qurulması və təkmilləşdirilməsi üzrə nəzərdə tutulan işlərin dəyəri bir milyard avrodan çox qiymətləndirilmişdi.

Bir neçə il ərzində ARDNŞ ölkənin bütün qaz sisteminin yenidən qurulması və təkmilləşdirilməsini başa çatdırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti