...

2010-cu ildə Azərbaycan ölkədə hasil olunan neftin 88 faizindən çoxunu ixrac edib

Energetika Materials 25 Yanvar 2011 14:49 (UTC +04:00)
2010-cu ildə Azərbaycandan 45 milyon ton neft ixrac olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev mətbuat konfransında bildirib.
2010-cu ildə Azərbaycan ölkədə hasil olunan neftin 88 faizindən çoxunu ixrac edib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Azərbaycandan 45 milyon ton neft ixrac olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev mətbuat konfransında bildirib.

"Ölkədə hasil olunan demək olar 51 milyon ton neftin 45 milyon tonu ixrac olunub", - Vəliyev deyib.

DSK-nın məlumatına görə, 2010-cu ildə Azərbaycanda 50,83 milyon ton neft və kondensat hasil olunub ki, bu da 2009-cu ilin göstəricisindən 0,9 faiz çoxdur.

Ötən il hasil olunan neftin əsas həcmi qeyri-dövlət sektorunun, eləcə də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin və "Şahdəniz" konsorsiumunun payına düşür. Onlar "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokundan və "Şahdəniz" qaz-kondensat yatağından 43,61 milyon ton neft və qaz kondensatı hasil ediblər ki, bu da 2009-cu ilin göstəricisindən 1,1 faiz çoxdur.

2010-cu ildə Azərbaycanda qaz hasilatı 26,23 milyard kubmetr təşkil edib ki, bu da 2009-cu ildə olduğundan 11,2 faiz çoxdur. Respublikada hasil olunan qazın ümumi həcmindən əmtəə qazının payına 16,67 milyard kubmetr düşüb ki, bu da 2009-cu ildəkindən 2,1 faiz çoxdur. 6,3 milyard kubmetrdən artıq əmtəə qazı dövlət sektorunun payına düşür, 10,33 milyard kubmetrə yaxın qaz isə xarici şirkətlərlə birgə hasil olunub.

Xəbər lenti

Xəbər lenti