Azərbaycan, Bakı, 8 fevral /Trend/
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi ilə böyük ekologiya layihələrində əməkdaşlığa maraq göstərir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İdarədən məlumat verilib.
Ekologiya İdarəsinin nümayəndələri ilə görüş zamanı ATƏT-in Bakı ofisinin iqtisadiyyat və ətraf mühit məsələləri üzrə rəhbəri Yan Oleson ARDNŞ-nin ekoloji park yaradılması üzrə layihəsinin müvəffəqiyyətini qeyd edib və bu sahədə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Həmçinin görüş zamanı tərəflər ekoloji sahə və digər məsələlər üzrə əməkdaşlıq perspektivlərinin müəyyən olunması üzrə əməkdaşlıq haqqında qərara gəliblər.
Ekoloji park ARDNŞ-nin Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin ərazisində 9,3 hektar sahədə yaradılır. Parkın enerji tələbatının böyük hissəsi külək və günəş enerjisi hesabına təmin ediləcək. ARDNŞ ekoloji parkın ərazisində öz struktur bölmələrinin yaşıl ağaclar və bitkilərə olan tələbatını ödəmək üçün yaşıllıqlar salmağı planlaşdırır.