...

İran Ermənistana gündəlik 1.5 mln. neft məhsulu ixrac edəcək

Energetika Materials 13 Fevral 2011 20:36 (UTC +04:00)
Tehran və Yerevan 1.5 mln. benzin və dizel yanacağının Ermənistana ixracı haqda razılığ əldə ediblər. Trend-in məlumatına görə bu barədə şənbə günü İranın neft nazirinin müavini Əlirza Zeyqami deyib.
İran Ermənistana gündəlik 1.5 mln. neft məhsulu ixrac edəcək

Tehran və Yerevan 1.5 mln. benzin və dizel yanacağının Ermənistana ixracı haqda razılığ əldə ediblər. Trend-in məlumatına görə bu barədə şənbə günü İranın neft nazirinin müavini Əlirza Zeyqami deyib.

Onun sözlərinə görə, Ermənistana boru kəmərinin inşaatı başa çatdıqdan sonra gündəlik 750 min litr benzin və 750 min litr  dizel yanacağı ixrac olunacaq. Xəbəri Tehran Times qəzeti yayıb.

Yanvar ayında İranın neft nazirinin müavini Əlirza Zeyqami üçgünlük rəsmi səfər ilə Ermənistanda olub. Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyanla görüşdən sonra Zeyqamı bildirib ki, 2014 ilə qədər Təbrizdən Yerevana uzunluğu 365 km olan boru kəməri inşa ediləcək. Bu kəmər Ermənistana neft məhsullarının idxalı üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti