...

Ceyhan neft terminalında 1447 tanker yüklənib

Energetika Materials 1 Mart 2011 16:10 (UTC +04:00)
Martın 1-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən indiyədək BOTAŞ International Limited (BIL) tərəfindən Ceyhan neft terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə nəql edilən 1,13 milyard barel neft yüklənilib.
Ceyhan neft terminalında 1447 tanker yüklənib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

Martın 1-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən indiyədək BOTAŞ International Limited (BIL) tərəfindən Ceyhan neft terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə nəql edilən 1,13 milyard barel neft yüklənilib. Bu göstərici bu il fevralın 3-dək 1,112 milyard barel olub. Bu barədə çərşənbə axşamı BIL-in internet saytında yerləşdirilən məlumatda deyilir.

BIL əvvəlcədən Türkiyənin BOTAŞ Dövlət Boru Kəməri Şirkəti tərəfindən xarici şirkətlərlə əlaqələrin qurulması üçün yaradılıb. 2001-ci ildə BIL BTC-nin istismarı məqsədilə yenidən qurulub.
Məlumatda deyildiyi kimi, bu dövrdə Ceyhan neft terminalında 1447 tankerin yükü boşaldılıb. Fevralın 3-nə olan məlumata görə, bu göstərici 1420 tanker təşkil edib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti