...

İran neft sektoruna investisiyaların cəlb edilməsi üçün qiymətli kağızların satışına başlayır

Energetika Materials 5 Mart 2011 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir T.Cəfərov/

İran neft sektoruna əlavə investisiyaların cəlb edilməsi üçün yeni mexanizm tətbiq edir. Bu, əlavə vəsaitlərin cəlb edilməsi üçün əhaliyə istiqrazların satışı ilə həyata keçiriləcək. İstiqrazların satışından əldə edilən vəsait investisiya şəklində neft sektoruna yatırılacaq. Bunu İranın Milli Neft Şirkətinin direktoru Əhməd Qalebani deyib. Bu barədə Trend İranın SHANA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, istiqrazların illik gəlirliliyi 8 faiz təşkil edir. İstiqrazlar 1000, 5000, 10000, 50000 və 100000 avro dəyərində buraxılır.

İranın Mərkəzi Bankı istiqrazları martın 12-dən üç bank - "Saderat", "Ticarət" və "Sepah" - vasitəsilə dövriyyəyə buraxacaq.

İstiqrazların dövriyyə müddəti 4 ildir. Hökumət alıcıları əldə edəcəkləri gəlir üzrə vergidən azad edib. İstiqrazlar adsız olduğu üçün başqasına satıla bilər. Bu istiqrazların üstünlüklərindən biri ondan ibarətdir ki, onlar diferensiallaşdırılıb. Bir ilə kimi olan müddətdə illik gəlirlilik səviyyəsi 5,5 faiz təşkil edəcək, bir ildən 2 ilədək 6 faiz, 2 ildən 3 ilədək 7 faiz və axrıncı dövriyyə müddətində illik gəlirliliyi 8 faiz təşkil edəcək.

İranın neft naziri Məsud Mirkazimi fevralın 8-də Xuzistan əyalətində "Darxuin" neft yatağının inkişafı layihəsinin ikinci fazasının açılış mərasimində jurnalistlərə verdiyi açıqlamada deyib ki, ölkənin beşillik inkişaf proqramı çərçivəsində neft və qaz sahəsinə 150 milyard dollar sərmayə yatırılmalıdır.

Son illər ərzində İranın nüvə proqramı fəaliyyətləri ilə bağlı bu ölkəyə qarşı beynəlxalq sanksiyalar artırılıb. Bu da İranda fəaliyyət göstərən xarici şirkətlərin bu ölkədə neft və qaz layihələrində sərmayə yatırmaqdan çəkindirir. Ötən illər ərzində bir neçə böyük neft şirkətləri, o cümlədən Fransanın "Total" və Norveçin " Statoil" şirkətləri İranın neft və qaz layihələrindən geri çəkiliblər. İran çalışır ki, xarici şirkətlərin yerin yerli investorlarla doldursun.

Xəbər lenti

Xəbər lenti