...

Azərbaycanda istilik təchizatı sistemlərinin yenidən qurulması üzrə proqram hazırlanacaq

Energetika Materials 10 Mart 2011 17:39 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyində respublikada istilik təchizatı sistemlərinin yenidən qurulması, onun effektiv inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Azərbaycanda istilik təchizatı sistemlərinin yenidən qurulması üzrə proqram hazırlanacaq

Azərbaycan, Bakı, 10 mart /Trend/

Bu gün Azərbaycan Sənaye və Energetika Nazirliyində respublikada istilik təchizatı sistemlərinin yenidən qurulması, onun effektiv inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə Trend-ə cümə axşamı nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Azərbaycanın istilik təchizatı sistemlərinin inkişafı xüsusi dövlət proqramının qəbul edilməsini tələb edir. Orada yeni, modul tipli qazanxanaların tikintisi, eləcə də bütün kommunikasiya xətlərinin əvəz edilməsi kimi məsələlər əks olunacaq. Hazırda bu proqramın hazırlanması üzrə işlər aparılır.

Müşavirədə Sənaye və Energetika və İqtisadi İnkişaf nazirliklərinin, Milli Elmlər Akademiyasının, "Azəristiliktəchizat" SC-nin, ARDNŞ-nin "Azəriqaz" İB-nin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti