...

Apreldə Belarus Azərbaycan neftinin emalına başlayacaq - səfir

Energetika Materials 11 Mart 2011 13:39 (UTC +04:00)
Apreldə Mozır neft emalı zavodu (Belarus) Azərbaycan neftini almağa başlayacaq. Trend-in məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç hər iki ölkənin iş adamlarının cümə günü keçirilən işgüzar görüşündə bildirib.
Apreldə Belarus Azərbaycan neftinin emalına başlayacaq - səfir

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Ü.İsmayılova/

Apreldə Mozır neft emalı zavodu (Belarus) Azərbaycan neftini almağa başlayacaq. Trend-in məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç hər iki ölkənin iş adamlarının cümə günü keçirilən işgüzar görüşündə bildirib.

"İllik dörd milyon neftin emalı planlaşdırılır", - Patskeviç deyib.

Azərbaycan neftinin Belarus NEZ-nə tədarükü Odessa-Brodı neft kəmərinin avers rejimdə öz işinə başlaması sayhəsində mümkün olub. Odessa-Brodı neft kəməri avers rejimdə rəsmən yanvarın 31-dən işə başlayıb, Azərbaycan neftinin Mozır NEZ istiqamətində nəqli faktiki olaraq fevralın 14-dən həyata keçirilir. Buna qədər neft çənlərdə anbarlaşdırılıb.

Boru kəmərinin layihə istiqamətinə keçidi zamanı kəmərdə 620 min ton Urals markalı neft olub. Hazırda bu neftin Azərbaycanın Azəri Light markalı nefti ilə kəmərdən sıxışdırılıb çıxarılması prosesi həyata keçirilir və proses bu ilin aprelində başa çatacaq.

Azərbaycandan neft tədarükünə dair müqavilə "Belarus Neft Şirkəti" və ARDNŞ arasında bağlanıb. Müqaviləyə əsasən, 2011-ci ildə 4 milyon tonadək neft tədarük ediləcək. Neft "Cənub" limanına, sonradan Odessa-Brodı və "Dostluq" boru kəməri nəqliyyatı ilə Mozır NEZ-ə çatdırılacaq. Odessa-Brodı neft kəmərindən istifadə etməklə karbohidrogen xammalının göndərilməsinə dair müqavilə "Belarus Neft Şirkəti" QSC və "Ukrtransnafta" ASC arasında bağlanıb. Azərbaycan neftinin Belarusa tədarükü Venesueladan xammal tədarükü ilə eyni vaxtda həyata keçiriləcək.

Ukrayna vasitəsilə Belarusa neft nəqli Azərbaycan üçün Karib hövzəsi və ABŞ bazarına çıxış imkanı yaradır. Bu, Belarus, Venesuela və Azərbaycan tərəfləri arasında "swap" nəqlinə dair razılaşma ilə bağlıdır.

Venesuelanın Minsk qarşısında Belarus NEZ-lərinin təminatı üçün neft nəqlinə dair öhdəlikləri var. Lakin bu layihənin gerçəkləşməsi neftin nəqli üçün əhəmiyyətli dərəcədə xərclər tələb edir.

"Swap" müqavilədə Azərbaycandan Belarusa neft nəql etməyə və öz növbəsində Venesuela neftini Cənubi Amerikada ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) verməyə imkan verir. ARDNŞ-ni xüsusilə Venesuela neftinin Santa Barbara növü maraqlandırır və bu növü şirkət Amerika bazarı, əsasən də Şimali Amerika bazarında Venesuelanın Belarusa nəql edəcəyi həcmdə gerçəkləşdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti