...

"Ekol Mühəndislik Xidmətləri" yeni layihələrin icrasına başlayıb

Energetika Materials 11 Mart 2011 17:40 (UTC +04:00)
"Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin neft-qaz çıxarma idarələrinin (NQÇİ) mədən ərazilərinin bioremediasiyası və rekultivasiyası üzrə iki layihənin həyata keçirilməsinə başlayıb.
"Ekol Mühəndislik Xidmətləri" yeni layihələrin icrasına başlayıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.İsmayılov/

"Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin neft-qaz çıxarma idarələrinin (NQÇİ) mədən ərazilərinin bioremediasiyası və rekultivasiyası üzrə iki layihənin həyata keçirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, QSC işləri "Balaxanıneft" NQÇİ-nin və Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərində aparır.

"Azneft" İB-nin "Balaxanıneft" NQÇİ-nin 2-ci mədən sahəsində QSC-nin həyata keçirdiyi rekultivasiya və bioremediasiya layihəsinin ərazisi 28 ha, çirklənmiş ərazilər isə 23,7 ha təşkil edir. Monitorinq nəticəsində layihə ərazisində 125 min kubmetr neftşlam müəyyən edilib ki, bunun da 98,75 min kubmetrinin biremediasiya olunması, 26,25 min kubmetrinin isə anbarlaşdırılması nəzərdə tutulub. Bioremediasiya prosesləri 3 sahədə (16 ha, 8 ha, 4 ha) aparılacaq.

Artıq 1-ci bioremediasiya sahəsi (16 ha) hazırlanıb və şlamın daşınmasına başlanıb.

QSC-nin icrasına başladığı ikinci layihə isə Ə.Əmirov adına NQÇİ-nin mədən ərazisində neftşlamın bioremediasiya edilməsidir. Bu layihə ərazisinin ümumi sahəsi 6 ha, çirklənmiş ərazilər 1 ha, neftşlamın miqdarı 17,250 kubmetrdir. Neftşlamın bioremediasiyasının 5 ha ərazidə aparılması planlaşdırılır.

Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün 2006-cı il martın 1-də yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təsisçiləri ARDNŞ (51 faiz) və Lancer S.A. Services (49 faiz) şirkətidir.

Xəbər lenti

Xəbər lenti