...

"Şirvan" İES elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 15 Mart 2011 15:26 (UTC +04:00)
Yanvar-fevralda "Şirvan" istilik elektrik stansiyası 502 milyon kilovat-saat proqnoza qarşı təxminən 503,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
"Şirvan" İES elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/

Yanvar-fevralda "Şirvan" istilik elektrik stansiyası 502 milyon kilovat-saat proqnoza qarşı təxminən 503,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" SC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Fevral ayında 255,3 milyon kilovat-saatа yaxın elektrik enerjisi istehsal edilib", - məlumatda deyilir.

Cari ilin iki ayı ərzində stansiyada bir sıra təmir-tikinti işləri həyata keçirilib. Perspektiv planda 3 və 4 saylı enerji bloklarının əsaslı təmiri, 6 saylı enerji blokunun isə orta təmiri nəzərdə tutulub.

"Şirvan" İES 1962-ci ildən istismardadır. Hər biri 150 MVt gücündə 7 blokdan ibarət bu elektrik stansiyası Avropada açıq quruluşlu ilk stansiya olub.

Ölkənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə hazırda Şirvan şəhərində gücü 780 MVt olan yeni - "Cənub" elektrik stansiyasının tikinti işləri davam edir. Bu yeni stansiyanın gələcəkdə Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, eyni zamanda enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və keyfiyyətli işləməsində də böyük rolu olacaq .

Xəbər lenti

Xəbər lenti