...

ARDNŞ-nin Kulevi neft terminalında texniki audit keçirilib

Energetika Materials 17 Mart 2011 15:36 (UTC +04:00)
"Tengizchevroil" və "Gross Caspian Oil and Qaz Logistics" şirkətlərinin nümayəndələri ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)Gürcüstanın Qara dəniz sahillərində yerləşən Kulevi neft terminalında əməliyyat proseslərinin texniki auditini keçiriblər.
ARDNŞ-nin Kulevi neft terminalında texniki audit keçirilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

"Tengizchevroil" və "Gross Caspian Oil and Qaz Logistics" şirkətlərinin nümayəndələri ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)Gürcüstanın Qara dəniz sahillərində yerləşən Kulevi neft terminalında əməliyyat proseslərinin texniki auditini keçiriblər. Trend-in məlumatına görə, bu barədə terminalın cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, audit terminalın avadanlıqlarının inspeksiyasını və prosedurların icmalını əhatə edib.

Əsas diqqət çənlərin kalibrləmə sertifikatlarına, yükləmə və boşaltma proseslərinə, təhlükəsizlik və mühafizə məsələlərinə ayrılıb. Müvafiq departamentlər lazımi informasiyanı təqdim ediblər və yerində iş proseslərinin müşahidəsini təşkil ediblər.

Məlumatda deyilir ki, nəticələrə görə, gözdən keçirilmiş sənədləşmə və baxış keçirilmiş avadanlıq auditorların gözləmələrinə uyğun olub.

Ötən ilin iyulundan terminal "Tengiz" yatağından Qazaxıstan neftinin daşınmasına başlayıb. Buna qədər terminal neft məhsullarının daşınması ilə məşğul olub.

2011-ci ildə Kulevi neft terminalı 2010-cu ildəki 3,6 milyon tona qarşı 4 milyon ton neft yükləri daşımağı planlaşdırır. Neft yüklərini ümumi həcmindən 1,5 milyon tona yaxın qazax neftinin payına düşür.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti