...

"Nabukko" konsorsiumu layihənin icrasına başlamağı başqa vaxta keçirib

Energetika Materials 6 May 2011 15:20 (UTC +04:00)
Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutan "Nabukko" qaz kəmərinin tikintisi 2013-cü ilə keçirilib.
"Nabukko" konsorsiumu layihənin icrasına başlamağı başqa vaxta keçirib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Bədəlova/

Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutan "Nabukko" qaz kəmərinin tikintisi 2013-cü ilə keçirilib.

"Nabukko" konsorsiumu Mərkəzi Asiya və Yaxın Şərqdə hasilatın müddətlərini nəzərə alaraq layihənin reallaşdırılacağı müddəti dəyişib. Qaz kəmərinin tikintisi 2013-cü ildə gözlənilir, onunla tədarüklərə isə 2017-ci ildə başlanacaq", - Trend-in məlumatına görə, cümə günü "Nabucco Gas Pipeline International"ın icraçı direktoru Reynhard Mitçek konfrans zamanı bildirib.

Mitçekin sözlərinə görə, "Nabukko" öz-özlüyündə kifayət qədər inkişaf etmiş proqramdır və onun həyata keçirilməsinə tez də başlana bilər. Lakin layihə üzrə bütün investisiya zəncirinə cəlb olunmuş tərəflərin fəaliyyətinin onun reallaşdırılması ilə sinxronlaşdırılması daha səmərəlidir.

Bundan əvvəl "Nabukko" qaz kəmərinin tikintisi 2012-ci ilə nəzərdə tutulmuşdu, onunla ilk tədarükün isə 2015-ci ildə həyata keçiriləcəyi gözlənilirdi.

Uzunluğu 3300 kilometr olan boru kəmərinin maksimal gücü 31 milyard kubmetr təşkil edir.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Layihə üçün əsas tədarükçülər Azərbaycan, İraq və Türkmənistan hesab edilir.

Xəbər lenti

Xəbər lenti