...

Hacıqabul rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Energetika Materials 13 May 2011 19:44 (UTC +04:00)
Hacıqabul rayonunun ucqar kəndlərindən olan Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə cümə günü ARDNŞ-nin məlumatında deyilir.
Hacıqabul rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Azərbaycan, Bakı, 13 may /Trend/

Hacıqabul rayonunun ucqar kəndlərindən olan Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə cümə günü ARDNŞ-nin məlumatında deyilir.

Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinin birpilləli sistem əsasında qazlaşdırılması istiqamətində aparılmış tikinti işləri zamanı ümumi uzunluğu 151300 metr olan müxtəlif diametrli polietilen borularla qaz xətləri çəkilib, 400 ədəd sayğac və 46 ədəd siyirtmə quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti