...

Qazaxıstanın "QazMunayQaz" şirkəti Azərbaycanda neft-qaz aktivlərinin alınmasında maraqlıdır

Energetika Materials 27 May 2011 16:50 (UTC +04:00)

Qazaxıstan, Astana, 27 may /Trend, müxbir A.Maratov/

Qazaxıstanın neft çıxarma şirkəti "QazMunayQaz kəşfiyyat-hasilat" SC-nin Azərbaycanda aktivlərin alınması ilə bağlı planları var. Bu barədə Trend-ə müsahibəsində SC-nin biznesin inkişafı üzrə idarəedicisi Dastan Əbdülqafarov deyib.

"Bizim üçün Xəzər regionunun bütün ölkələri, xüsusilə Rusiya, Türkmənistan və Azərbaycan maraq doğurur", - Əbdülqafarov agetliyin müvafiq sualını cavablandırarkən deyib.

Lakin o dəqiqləşdirməyib ki, Azərbaycandakı məhz hansı aktivlərdən söhbət gedir.

"Bizim Azərbaycanla bağlı planlarımız barədə danışmaq indi bir qədər tezdir", - o əlavə edib.

Şirkətin dünya maliyyə böhranı nəzərə alınmaqla yeni alışlar üçün maliyyə vəsaitlərinə malik olması ilə bağlı suala Əbdülqafarov əminliklə cavab verib.

"Dünya maliyyə böhranı şirkətin planlarına müəyyən dərəcədə dəyişiklik edib, lakin bizim həm resurslarımız, həm də kadr imkanlarımız var ki, artım strategiyamızı həyata keçirək və biz bu istiqamətdə işləməyə hazırlaşırıq", - idarəedici direktor bildirib.

Onun sözlərinə görə, şirkətin balansında yeni alışlar üçün kifayət qədər vəsait var.

"Biz bu məqsədlər üçün öz vəsaitlərimizdən istifadə etmək niyyətindəyik, lakin bu iri maliyyə vəsaitləri tələb edən böyük layihə olsa, həm alışla, həm də gələcək xərclərin maliyyələşdirilməsi ilə bağlı məsələdə bizim bazarda maliyyələşdirməyi artırmaq imkanımız var", - Əbdülqafarov qeyd edib.

"QazMunayQaz kəşfiyyat-hasilat" SC Qazaxıstanda neft hasilatının həcminə görə liderlər üçlüyünə daxildir. Şirkətin hasilat həcmi "Qazqermunay" Birgə Müəssisəsi, CCEL ("Krajanbasmunay SC", "PetroQazaxıstan İnk" və "NBK" şirkətlərində payı nəzərə alımaqla 2010-cu ildə 13,3 milyon ton (sutkada 270 min barel) təşkil edib. "QazMunayQaz kəşfiyyat-hasilat" SC-nin sübut edilən və mümkün ehtiyatlarının həcmi 2010-cu ilin sonuna olan vəziyyətə görə, 232 milyon ton (1,7 milyard barel), birgə müəssisələrdə pay nəzərə alınmaqla 2,2 milayrd barelə yaxın olub.

Xəbər lenti

Xəbər lenti