...

Heydər Əliyev adına BNEZ-də neft məhsullarının yığıldığı yeraltı anbarın tutumu dəyişdirilir

Energetika Materials 31 May 2011 23:32 (UTC +04:00)
Bu günlərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə 21 nömrəli ED-AVQ-6 qurğusunda aparat və avadanlıqların drenaj edilməsi zamanı neft məhsullarının yığıldığı yeraltı anbarın tutumunun dəyişdirilməsi işinə başlanılmışdır.
Heydər Əliyev adına BNEZ-də neft məhsullarının yığıldığı yeraltı anbarın tutumu dəyişdirilir

Azərbaycan, Bakı, 31 may /Trend/

Bu günlərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə 21 nömrəli ED-AVQ-6 qurğusunda aparat və avadanlıqların drenaj edilməsi zamanı neft məhsullarının yığıldığı yeraltı anbarın tutumunun dəyişdirilməsi işinə başlanılmışdır. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.

Vaxtilə qurğunun ərazisində quraşdırılmış bu yeraltı anbar uzun illər istifadə olunduğundan istismar müddətini başa vurmuş və aşınmaya məruz qalaraq əsl təhlükə mənbəyinə çevrilmişdi. Bütün bunlar nəzərə alınaraq həmin yeraltı anbarın ləğv olunması istiqamətində işlərə başlanılmışdır.

Eyni zamanda, ED-AVQ-6 qurğusunun yerləşdiyi ərazidən kənarda, germetikliyi ilə seçilən 2 ədəd 38 kubmetr həcmli yeni yeraltı anbarın quraşdırılması işlərinə başlanılmışdır. Tikinti işləri artıq başa çatmaq üzrədir. Əvvəlkilərdən fərqli olaraq, neft məhsulları yeni anbarlardan azotun vasitəsilə yaranan təzyiq hesabına nəql ediləcək ki, bu da enerjiyə qənaət etməyə imkan verəcəkdir. Köhnə anbarlarda istifadə olunan nasoslar xeyli enerji sərfinə səbəb olurdu. Bundan sonra nasoslardan ancaq qurğuda qəza vəziyyəti yarandıqda istifadə ediləcəkdir.

Ərazidə yanğın təhlükəsizliyinin qarşısını maksimum almaq üçün betonlama işləri yerinə yetirilmiş, təmizlik, abadlıq işləri aparılmışdır.

Xəbər lenti

Xəbər lenti